“Azərpoçt” 9 gündür məktubu Avropa Məhkəməsinə göndərmir
2025-06-12 10:52:34
.jpg)
04.06.2025-ci ildə AZ1142 poçtundan Strasburqa – Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən RR015472576AZ kodlu məktub 9 gündür mərkəzi poçtun mübadilə məntəqəsində “ilişib qalıb”, göndərilmir. Poçt göndərişlərinin izlənməsi sistemindən bu “ilişmə”ni “bayramla bağlı poçtun işləməməsi” ilə izah ediblər.
Axı poçt , özü də mərkəzi poçt üçün bayram günləri də iş dayanmır! Lap olsun, bayram da 6 gündür başa çatıb. İndi niyə göndərilmir? Yoxsa məktub senzuradan keçməyib? Məktubların oxunması və buna uyğun yollanılmaması isə cinayət məsuliyyəti yaradır.
Məktub Strasburqa yetişəcəkmi?
Məğrur BƏDƏLSOY
