“Azəristiliktəchizat”: Soyuq hava ilə bağlı istilik təminatı bir neçə gün daha davam edəcək
2025-04-15 20:08:47

Soyuq hava şəraiti ilə əlaqədar olaraq “Azəristiliktəchizat” ASC-nin balansında olan qazanxanalar və istilik məntəqələri fəaliyyətini davam etdirəcək.
Hurriyyet.Az-ın məlumatına görə, bu barədə qurumdan bildirilib.
Məlumata əsasən, mövcud hava şəraiti nəzərə alınaraq istilik təminatı daha bir neçə gün davam etdiriləcək.
