Saat:00:44
Haqqımızda

“Azərişıq” əməkdaşı rəhbərliyə “üsyan edir” - ŞİKAYƏT / VİDEO

2024-03-25 16:19:59

“Azərişıq” əməkdaşı rəhbərliyə “üsyan edir” - ŞİKAYƏT / VİDEO

“Azərişıq” ASC-nin Abşeron rayonu Enerji Təchizatı İdarəsinin nəzarətçi mühəndisi Məmmədli Emin Fəzail oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, işlədiyi qurumda özbaşınalıqla üzləşir:

“Mən, Məmmədli Emin Fəzail oğlu, yazaraq bildirirəm ki, sizə müraciət etməyimin əsas səbəbi işlədiyim qurumda baş verən özbaşınalıqdır. Hal-hazırda Azərbaycan qanunvericiliyinə uyğun olaraq, əmək müqaviləsi əsasında 5 günlük və 8 saatlıq iş rejimi şəraitində xidmət edirəm. İdarə rəisi Kazımov Vüqar tərəfindən əmək müqaviləsinin tələbləri kobud şəkildə pozulur. Belə ki, şənbə və bazar günləri qeyri-iş günü olsa da, işdən çıxarmaqla təhdid edilərək, heç bir əlavə ödəniş edilmədən məcburi əməyin istismarına məruz qalıram.

Dəfələrlə idarə rəhbərliyinə şikayət etmətimə baxmayaraq, məhəl qoyulmur. Əvəzində məcburi şəkildə bildirilib ki, işdən çıxmaq ərizəsinə qol çəkim. Təbii olaraq etiraz etdiyimdə haqqımda qanunsuz olaraq təqdimat yazılmış və baş idarəyə göndərilmişdir. Nəticədə işlədiyim ərazidən uzaqlaşdırılmış, qanunsuz olaraq Masazıra “sürgün edilmişəm”.

Cənab Prezdentin verdiyi göstərişlərə “Azərişıq” ASC-nin rəhbərliyi tərəfindən məhəl qoyulmur. Sizin vasitənizlə lazımı qurumlara müraciət edirəm. Rəsmi olaraq Baş prokurorluq, Əmək Müfəttişliyi və Enerjetika Nazirliyinə şikayətimi bildirmişəm. Hal-hazırda idarə rəisi Kazımov Vüqar, Satış İdarəsinin rəisi Hüseynov Sahib və aparıcı mühəndis İsgəndərov Ziya tərəfindən təzyiqlərə məruz qalıram. 4 azyaşlı övladım var, aztəminatlı ailə olduğum üçün tək dolanışıq yerim işlədiyim qurumdur.

Bu qurum başdan ayağa çirkaba bulaşmışdır. Məhkəmə qərarı olmadan qanunvericiliyin tələbləri kobud şəkildə pozulur, məhkəmə qərarı olmadan abonentlərə verilən elektrik enerjisi dayandırılır.

Aparıcı mühəndis İsgəndərov Ziyanın “get “nol”u “faza”ya birləşdir, abonentlərin üzü yansın” - faktiki terror aktına cəhd göstərişini işıqlandırdığım üçün işlədiyim quruma buraxılmıram, intihar həddinə çatdırılmışam.

Deməli, burdan belə bir nəticəyə gəlmək olur ki, bu qurumdakılar Azərbaycan Respubilkasına xidmət etmir, onların hansı dövlətə və qurumlara xidmət etdikləri müammalı qalmışdır.

Hal-hazırda idarə rəisi Kazımov Vüqar bizi özünə qul olaraq görür və bildirir ki, “hara şikayət edirsiniz edin, bu qrumda mənim qanunlarım işləyir”. Kazımov Vüqar özünü “şah”, satış rəisi Hüseynov Sahibi isə özünə “vəzir” hesab edir. Aparıcı mühəndis İsgəndərov Ziya isə istifadə etdikləri “masa”dır. Ümid edirəm ki, müraciətim lazımi orqanlara çatdırılacaqdır. Qeyd etdiyim faklar üzrə bütün maddi sübutlarım (video və səs yazıları) var. Həyatımı təhlükə altına ataraq, hər an ölümlə üz-üzə qalaraq, vəzifə səlahiyətlərimə zidd olaraq, yüksək gərginlik altında işləməyə məruz qalıram. Xahiş edirəm, mürəciətimi faktları əsas tutaraq işıqlandırasınız”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR