Saat:23:28
Haqqımızda

"Azəriqaz"ın baş direktorunun müavininin vətəndaşı vurub öldürməsinə görə cinayət işi başlandı

2025-02-24 15:26:43

“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Nail Abdullayev bir müddət əvvəl ölümlə nəticələnən qəza törədib.

Hurriyyet.az xəbər verir ki, ölüm faktı ilə əlaqədar Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb. Ekspertiza təyin olunub.

Hazırda cinayət işinin istintaqı davam etdirilir.

Qeyd edək ki, hadisə yanvarın 8-də Sabunçu körpüsü yaxınlığında baş verib. Belə ki, Nail Abdullayev idarə etdiyi “Mercedes” markalı 77-YD-054 nömrə nişanlı avtomobillə 40-45 yaşlarında piyadanı vuraraq öldürüb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000104