“Azəriqaz” rəsmisi məmur maaşı ilə biznes imperiyasına necə sahiblənib? – Cahid Hüseynov niyə susur?

2022-08-25 17:07:00

“Azəriqaz” rəsmisi məmur maaşı ilə biznes imperiyasına necə sahiblənib? – Cahid Hüseynov niyə susur?

Azərbaycanda oliqarxlaşmış məmur tipinə demək olar ki, bütün dövlət idarələrində rast gəlmək mümkündür. Təəssüf ki, vəzifəyə təyin edilənə qədər başqa düşüncədə olan bu şəxslər, “kreslo”nun dadını gördükdən sonra müqəddəs olan hər şeyi unudurlar. Büdcəni talamaqdan tutmuş, korrupsiya və rüşbətxorluğa qədər hər cür çirkaba bulaşmaq adi hala çevrilir. Ən pisi isə odur ki, göstərilən etimad heçə sayılır. Əlbəttə ki, bütün bunların sonu dəmir barmaqlıqlar arxasında bitir. Çünki Azərbaycanda xalqı incidən, etimadı doğrultmayan, büdcəyə ziyan vuran, özbaşınalıq edən oliqarx məmurlara qarşı sərt tədbirlər görülür və cəza mexanizmləri tətbiq edilir. Ancaq görülən bütün tədbirlərə baxmayaraq hələ də müxtəlif dövlət strukturlarında oliqarx məmurlara rast gəlinir.

Hurriyyet.az
KONKRET.az-a istinadla xəbər verir ki, belə oliqarx məmurlardan biri də “Azəriqaz” İB-in baş direktorunun istismar üzrə müavini Cahid Hüseynovdur. Bu həmin Cahid Hüseynovdur ki, biznesinin ucu-bucağı görünmədiyinə dair mediada müxtəlif iddialar səsləndirilir. İddialara görə, onun şirkətlərinin bir ucu Salyanda başlasa da, Bakıda bitmir, Türkiyə və Dubaya qədər uzanır. Elektrik avadanlıqlarının satışından tutmuş, istixana komplekslərinə qədər bütün işlərlə məşğul olan Cahid Hüseynov deyəsən bircə “Azəriqaz”dakı vəzifəsinin layiqli şəkildə icrasına vaxt tapmır. Belə olmasa idi, onun “sayğac əməliyyatları” haqqında vətəndaşların şikayətləri baş alıb getməzdi.

Sadalanan bütün bu iddialar cənab Hüseynov haqqındakı filmin sadəcə bir fraqmentidir. Belə ki, hazırda “Azəriqaz”İB-də müavin vəzifəsini tutan bu şəxs hələ eyni qurumda texniki-təmir şöbəsinin müdiri olarkən xeyli qanunsuzluqlara imza atıb. İddialara görə, o, Salyandakı yerüstü qaz xətlərinin satılmasından tutmuş, biznes subyektlərinə qanunsuz qaz çəkilişinin həyata keçirilməsinə qədər bütün neqativ işlərə qol qoyub. Görünür, “yalnız pul gəlsin” devizi yoldaş Hüseynovun həyat fəlsəfəsinə çevrilib. Bütün səsləndirilən iddialara isə Cahid Hüseynov susqun qalır və heç bir açıqlama vermir. Cənab Hüseynovun sadə məmur maaşı ilə bu qədər var-dövlətə necə sahib olduğuna dair heç bir açıqlama verməməsi isə müəyyən suallar doğurur.

Bütün bunlar azmış kimi Cahid Hüseynovun qardaşı haqda da müxtəlif iddialar səsləndirilir. Belə ki, Cəfər Hüseynov da böyük biznes imperiyasının idarə edilməsində qardaşına yaxından yardım edir. Amma qanun dövlət məmurunun biznes fəaliyyəti ilə məşğul olmasını yasaqlasa da, buna məhəl qoyulmadığı ortadadır.

Unutmayaq ki, qanunun əli hər şeydən uzundur. İnanırıq ki, bu əl bir gün Cahid Hüseynovun da yaxasından yapışaraq onun törətdiyi özbaşınalıqların hesabını soracaq.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.060474