"Azəriqaz" rəhbərliyi Əmək Məcəlləsini KOBUD SURƏTDƏ POZUR

2022-06-21 13:33:00

"Azəriqaz" İstehsalat Birliyi Bakı Regional Qaz İstismarı Departamentinin Suraxanı rayonu üzrə Texniki İstismar Xidmətinin Suraxanı Qaz Paylama Məntəqəsində çalışan, 5-ci dərəcəli operator İlham Vafadar oğlu Mustafayev 16 may 2021-ci ildən heç bir üzrlü səbəb olmadan işə çıxmır. Bununla bağlı Hurriyyet.az-ın əldə etdiyi məlumatda deyilir ki, "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev 31 may 2022-ci il tarixdə imzaladığı əmrlə İlham Mustafayevi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz ərizəsi ilə işdən azad edib.

Əslində, bu, "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyi tərəfindən Əmək Məcəlləsinin kobud surətdə pozulmasıdır. Yəqin ki, İlham Mustafayev məhkəməyə müraciət etməklə işinə bərpa oluna bilər. Ümid edirik ki, müvafiq qurumlar, əsasən də hüquq-mühafizə orqanları məsələyə biganə qalmaz və "Azəriqaz" rəhbərliyinin nədən belə addım atmasının səbəbini araşdıracaq.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya