Saat:09:20
Haqqımızda

"Azəriqaz" rəhbəri Ruslan Əliyev HƏBSİN BİR ADDIMLIĞINDA

2022-05-20 17:18:00

Hüquq-mühafizə orqanlarının onun da qapısını döyəcəkləri gün uzaqda deyil

Uzun zamandır ki, "Azəriqaz" İstehsalat Birliyindən kütləvi narazılıqlar, mediada, sosial şəbəkələrdə yayılır. Müxtəlif formalı narazılıqların yayılması daha çox abonentlərə artıq ödənişlərin hesablanması, smart sayğacların heç bir səbəb göstərmədən dəyişdirilir. Sayğacların oxunması zamanı vətəndaşlara artıq pul yazılır.

Bütün bu narazılıqlara isə adətən "Azəriqaz" rəhbərliyi ötəri olaraq yanaşır. Bir neçə gündür ki, adıçəkilən qurumda yoxlamaların aparıldı, bir neçə şöbə müdirinin həbs edildiyi barədə informasiyalar dolaşmaqdadır.

Maraqlıdır ki, həftənin əvvəlindən başlayaraq yayılan informasiyalara hüquq-mühafizə orqanlarından hər hansı bir açıqlama verilməsə də, "Azəriqaz"ın prezidenti Ruslan Əliyev öz sosial şəbəkə hesabında yazdığı statusu ilə həbslər barədə xəbərləri nə təkzib, nə də təsdiq  edib.

Ruslan Əliyev həbslər barədə yayılan xəbərlərə belə reaksiya verib: Söz yox, insan faktoru olan yerdə yüz faizlik nəticədən danışmaq bütün hallarda absurddur. Ancaq nöqsanların aradan qaldırılması istiqamətində ciddi şəkildə cəhd etdiyimizə sizi əmin edirəm. İstehsalat Birliyinin qapıları hər zaman #media, blogger və QHT nümayəndələrinin, eləcə də sadə vətəndaşların üzünə açıqdır. Yəni istənilən sualın cavabı özünü çox gözlətdirmir. Təəssüf ki, bütün bunlara baxmayaraq yenə də, dəqiqləşdirilməmiş, dedi-qodu motivli informasiyalar dövriyyəyə buraxılır ki, bu da ictimai rəyin çaşdırılmasına xidmət edir".

Ruslan Əliyev bu açıqlamasında həbslər barədə informasiyaları əslində təkzib etməyə çalışır. Bu barədə bir qədər sonra qeyd edəcəyik. İndi isə gəlin həbslərlə bağlı məlumatların detallarına diqqət edək.

Yayılan ilkin məlumatlarda "Azəriqaz"da 4 nəfər departament rəisinin həbs olunduğunu bildirilmişdi. Onlardan ikisinin adı açıqlansa da, mətbuat digər ikisinin adını dəqiqləşdirə bilməmişdi.

Lakin sonradan məlum oldu ki,  abonentlərə əlavə qaz həcminin yazılması və süni borc yaradılması halı ilə bağlı araşdırma başlanıb. Araşdırma nəticəsində "Azəriqaz" İB-nin bir sıra vəzifəli şəxsləri Baş Prokurorluğa çağrılaraq dindirilib. Arasında baş direktorun müavinləri də olan həmin şəxslərin siyahısı belədir:

Baş direktorun qazın satışı üzrə müavini Rəşad Cavadov

Baş direktorun istismar üzrə müavini Cahid Hüseyinli

Abonent bazasına xidmət şöbəsinin rəisi Oqtay İbrahimov

Qazın balansı və hesabatı şöbəsinin rəisi Elşən Qədirov

Metrologiya şöbəsinin rəisi Rövşən Məhiyəddinov

İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elcin Qocayev

İqtisadiyyat və ucot şöbəsinin rəisi Maarif Nəcəfli.

Məlumata görə, yaxın saatlarda daha iki nəfər böyük mühəndis dindirməyə cəlb edilib. Onlar bir neçə saat dindirmədə olduqdan sonra sərbəst buraxılıblar. Onu da bildirək ki, dünən həbs olunduğu deyilən şəxslərin də ifadəsi alındıqdan sonra sərbəst buraxıldığı bildirilirdi.

"Hürriyyət" qeyd edir ki, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı da "Azəriqaz" İB-də gedən proseslərlə bağlı məlumat yayıb: "İndicə aldığım məlumata görə, "Azəriqaz"ın rayon xidmət sahələrinin idarələr üzrə rəis müavinləri, Regional qaz istismari idarələrində fəaliyyət göstərən bütün istehlakçılara satılan qaza nəzarət şöbələrinin və Qazın balansı və hesabati şöbələrinin rəislərinin vəzifədən uzaqlaşdırılması üçün tədbirlər görülür. Səbəb isə əhali abonentlərinə əlavə qaz həcminin yüklənməsi və süni borcun yaradılmasıdır. Lakin dünən Baş Prokurorluğun Mətbuat xidmətindən heç bir açıqlama verilməmişdi.

Bu gün isə bir neçə gündür davam edən qeyri-müəyyənlik qismən ortadan qalxdı. Və məlum oldu ki, "Azəriqaz"da həqiqətən də saxlanılanlar olub.

"Aparılan yoxlamadan sonra “Azəriqaz” İstehsalat Birliyi öz işini eyni tərkibdə davam edir. Bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Hüquq departamentinin rəhbəri Vüqar Eyvazov "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, yoxlama, nəzarət idarəçilikdə tətbiq edilən əsas üsullardan biridir. Zərurət yarandığı təqdirdə və yaxud dövlət qurumları məqsədə uyğun hesab etdiyi halda bütün qurumlar müvafiq qaydada yoxlanılırlar".

Vüqar Eyvazodun bu açıqlamasından da görünür ki, cəmi 24 saat əvvəl Ruslan Əliyevin verdiyi təkzib açıqlaması, heç kimin saxlanılmadığına dair iddiaları başdan-başa yalandan ibarət imiş. Çünki Hüquq Departamentinin rəhbəri saxlanılma barədə informasiyaları təsdiqləyib. Eyni zamanda diqqətimizi çəkən məqam ondan ibarətdir ki, Vüqar Eyvazov  hansı zərurət yarandığına aydınlıq gətirməyib. Çünki "Azəriqaz"ın rəsmi hüquqşünası da yaxşı bilir ki, belə zərurət yalnız kütləvi narazılıqlar, dövlət vəsaitlərinin və əmlakının total şəkildə talan edilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə halları baş verdiyi təqdirdə keçirilir. Yəni bu standart qayda deyil və prossedur forması da deyil. Hüquq-mühafizə orqanları da audit təşkilatı deyil ki, ənənəvi qaydada hansısa dövlət qurumunda yoxlama aparsın. Bundan başqa Vüqar Eyvazovun dediyi kimi heç bir dövlət qurumunda əsaslı şübhələr və sübutlar  olmadan bu qədər yüksək vəzifəli şəxslər dindirilməyə aparılmır.

Deməli baş verənlər həqiqətən də ciddi pozuntulara əsaslı şübhələr yaradıb. Ruslan Əliyevin isə sosial şəbəkədə fenomen olması, yayılan informasiyaları prt-basdır etmə cəhdi isə başa düşüləndir. Çünki həbs edilən şəxslər "Azəriqaz"da kifayət qədər yüksək post tutan şəxslərdir. Onların verdikləri və bundan sonra da verəcəkləri istənilən ifadədə, hansısa pozuntu faktı ilə bağlı açıqlaması Ruslan Əliyevi də məsuliyyətə cəlb etməyə kifayət qədər ciddi əsaslar yaradır.

Məsələ burasındadır ki, R.Əliyev aylardır ki, vətəndaşlara artıq borc yazılması faktlarından xəbərdardır. Elə ötən gün mətbuatda Salyan Regional Qaz İdarəsinin işçilərinin də vətəndaşlara qarşı artıq borc yazdıqlarına dair informasiyalar yayılmışdı.

"Hürriyyət" xəbər verir ki, Salyan Regional Qaz İstismar İdarəsinin xidmət sahələri olan Sabirabad və Saatlıda qaz itgisini azaltmaq üçün demək olar ki, hər abonentə yükləmə olub. Yukləmələr mart ayinin hesabatlarinda qaz itkiləriniz azaldilması istiqamətində görülmüş qara işlərdir". Bu barədə DİA.AZ-a qurumdakı mənbə məlumat verib.

Məlumatı verən mənbə daha sonra iddia edir: "Havalarin qizmasi isə həmin saygaclarin verilmiş göstəriciyə çatmamasi açıq-aydın görünür İndi də yükləmə olunmuş sayğacları yenisiylə əvəz edirlər ki, verilmiş kublarda qabağa düsşünlər".

Daxil olan məlumatda qeyd olunur ki, may aynnda 80.000 sayğac dəyişilməlidir. Hər birinə 50-60 m3 qaz əlavə olunmaqla. Məsələn: evinizə sayğac dəyişməyə gəlirlər. Sayğacınız da mexanikidir. Üzərində də, tutaq ki, 1220 m3 qaz var. Akt yazılır dəyişdirilir. İdarədə onu edirlər 1300m3 və vururlar sistemə. Bəzən abonentlərə 2000 m3 yükləyib sayğacı söküb atırlar.

Ümumiyyətlə "Azəriqaz"da smart sayğacların dəyişdirilməsi prossesi ilə bağlı ciddi narazılıqlar uzun zamandır ki, mövcuddur. Məhz bu səbəbdən də yoxlamaların davam etdiriləcəyi gözləniləndir.

Uzun zamandır ki, "Hürriyyət" olaraq Azərbaycanda kütləvi şəkildə smart sayğacların mexaniki sayğaclarla əvəzedilməsində hansı maraqların olduğunu araşdırmağa çalışırıq. "Azəriqaz" rəsmiləri uzun zamandır ki, iddia edirlər ki, smart sayğacların istismar müddəti bitib. Qurumda hesab edirlər ki, hazırda ölkə üzrə abonentlərin istifadəsində olan "İTRON" tipli smart sayğacların istismar müddəti 5 ildir. Lakin bu sayğaclar alınan zaman onların istifadə və istismar müddəti ilə bağlı müddət 15 il müəyyən eidlib. Lakin "Azəriqaz"da düşünürlər ki, "İTRON" tipli smart sayğacları dəyişmək üçün müvafiq qanun var. Lakin qanun heç də sayğacların dəyişdirilməsi tələbini irəli sürmür.

Belə ki, aayğacların yoxlanılması “Qazdan istifadə qaydaları” haqqında Nazirlər Kabinetinin Qərarının 4.3 bəndinə əsasən icra edilir. Qaydalara görə yoxlama Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. Həmin sənəddə qeyd edilir ki, əhali abonent qrupu üzrə qaz sayğacları 5 il, qeyri-əhali qrupu üzrə isə 3 ildən bir dövlət yoxlamasına təqdim olunmalıdır.

Yəni bu qanunda söhbət yoxlama baxışının keçirilməsindən gedir. Qanun heç bir halda istismara yararlı olan smart sayğacının 5 ildən bir dəyişdirilməsini tələb etmir. Bundan başqa bəzən elə hallara rast gəlinir ki, smart sayğacların istismar müddəti 2-3 il olsa da yenə mexaniki sayğaclarla əvəzlənir.

Əlbəttə ki, burada da əsaslı şübhələr ortaya çıxır. Sual olunur, əcaba "Azəriqaz" yoxlama-baxış zamanı heç bir problemi olmayan, istismara yararlı smart sayğacları kütləvi halda dəyişir? Burada maraq nədir?

Məsələn bu sayğac dəyişmə prossesini ictimayyətə büdcə vəsaitlərinə qənaət kimi təqdim edirlər. Rəsmi açıqlama belədir: "Hazırda istifadə edilən Itron Gallus Pay.G4 NGPP (smart) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti 220-240 manat, G-4T (mexaniki) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti isə 70-90 manat arasında dəyişir".

Lakin burada dövlət vəsaitlərinə qənaətdən yox, əlavə olaraq istismar müddəti başa çatmayan, 240 manata alınan smart kartları söküb yerinə 90 manata olan mexaniki sayğac yerləşdirirlər. Bununla da büdcəyə ikiqat ziyan vurulur. Bundan başqa alman istehsalı olan İTRON sayğaclarının təhlükəsizlik kodlaşdırılması, istehsalçının hər bir sayğac üzrə fərdiləşdirilmiş identifikasiya nömrəsi də var ki, bu da müdaxilə hallarının qarşısını alır. Mexaniki sayğacları isə qara bazardan da əldə etmək mümkündür. Hətta bəzi hallarda abonent koduna uzlaşdırma aparmaq da asandır. Mexaniki sayğacların istehsalçısı isə əsasən Rusiya və Çindir. Bu sayğacların standart istifadə müddəti maksimum 2-3 ildir. Deməli 15 il işləmə imkanı olan alman istehsalı olan smart sayğacları, 2-3 il işləyəcək rus və çin istehsalı olan keyfiyyətsiz sayğaclarla əvəz edirlər. Nəticədə qısa müddətdə sıradan çıxma ehtimalı olan sayğaclar 2 ildən bir dəyişməklə daha çox büdcəyə ziyan vurulmuş olur.

"Hürriyyət"ə danışan ekspertlər hesab edir ki, əgər smart sayğacların oxunmasına ehtiyac yoxdursa, mexaniki sayğacların mütəmadi olaraq, 30 gündən bir sərfiyyat göstəricilərini oxuyaraq sistemə daxil etmək lazım gəlir. Bu zaman da qaz idarəsinin əməkdaşlarının sərfiyyatla bağlı göstəriciləri ifadə etməsi, artırıb, azalda bilmə imkanları yaranır. Nəticədə mexaniki qaz sayğacları ilə bağlı çox ciddi problemlər ortaya çıxır.

Araşdırmalar zamanı məlum olub ki, G-4T və G-2,5T məişət tipli mexaniki qaz sayğaclarının ölkə daxilində istehsalı ilə bağlı 2021-ci ilin əvvəlindən verilən açıqlamalar hələ ki, söz olaraq qalmaqdadır. Hazırda həmin sayğaclar xaricdən idxal edilir. Bu tip sayğacların idxalını və "Azəriqaz"a çatdırılmasını isə hansı şirkətlərin, hansı tenderlə qazandığına dair heç bir açıqlama verilmir. Rəsmi tender banklarında da bu barədə heç bir informasiya əldə etmək mümkün deyil. Yəni iki ildir xarici valyutanın ölkədən çıxışının qarşısına almaq məqsədilə mexaniki sayğacları “Gəncə Cihazqayırma Zavodu” ASC də istehsal ediləcəyi deyilsə də prosses baş tutmayıb. Görəsən niyə? Hər halda ölkə üzrə sayğac oyunlarında çox ciddi məqamlar var ki, Ruslan Əliyev bu prossesdən nə qədər vətəndaşın əziyyət çəkdiyinin fərqində deyil. Görünən odur ki, dünya ev təsərrüfatlarının idarəedilməsində ağıllı rexnologiyaların tətbiqini təkminləşdirdiyi bir zamanda, Azərbaycanda el dili ilə desak "barmaq edilıməsi" mümkün olan texnologiları tətbiq edir. Çünki abonentləri yükləmək asandır.

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

"Hürriyyət"

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR