Saat:22:31
Haqqımızda

"Azəriqaz" mənzillərə qaz əvəzinə hava vurur - BU NƏDİ BELƏ?!

2024-01-29 10:15:51

Yeni Yasamal-2 ünvanında yaşayan sakinlər AFN.az-a təbii qazla bağlı şikayət ünvanlayıblar.

Sakinlər bildirirlər ki, yanvar ayı başlayandan bəri qazın verilişi bir neçə dəfə dayanıb. Bunun hansı səbəbdən baş verməsi haqda məlumatları olmadığını deyən şikayətçilərin sözlərinə görə, bu barədə onlara heç kim heç nə demir:

"Qazın kəsilməsi bir ayrı dərddir, kəsiləndən sonra bərpa edilməsi bir ayrı. Təsəvvür edin, saatlarla qaz gəlmir, təbii ki, bu halda istilikdən də məhrum oluruq, yemək-içmək hazırlığında, gündəlik qayğılarda da problem yaşayırıq. Bütün bunlar azmış kimi, qazın verilişi bərpa olunduqdan sonra dəqiqələrlə hava uçur göyə. Sizə çəkib göndərdiyimiz videolardan (aşağıda təqdim edəcəyik-red.) da göründüyü kimi, borulara qaz əvəzinə hava vururlar. Nəticədə bizim sayğaclar hava ilə işləyir, havayı pul yazır. Özü də nə hikmətdirsə, əvvəl gələn hava daha təzyiqli olur, nəinki sonradan gələn qaz".

Qeyd edək ki, bir müddət əvvəl "Azəriqaz" İB-dən verilən açıqlamada bunun təhlükəsizlik məqsədilə edildiyi bildirilmişdi. Lakin sakinlər bu fikirlə də razı deyillər. Onlar bildirirlər ki, bəzi hallarda qazla hava qarışıq gəlir, bu isə daha təhlükəli olur:

"Qazı yandırır, üstünə nəsə qoyub gedirik, qayıdanda görürük sönüb, eləcə mənzilə axır. Hava vurur qazı söndürür, sonra hava qurtarır, başlayır qaz mənzilə axmağa. Bu isə daha böyük təhlükə yaradır".

Qeyd edək ki, şikayətçilər narazı qaldıqları məqamla bağlı video da çəkib göndəriblər. Həmin görüntüləri təqdim edirik:

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR