Saat:23:08
Haqqımızda

"Azercell"in xidmətlərindən narazılıq artır: "Dəyişmək vaxtıdır!"

2024-09-13 21:34:49

""Azercell"in "İstəSən" tarifini yenilədim. 21.60 AZN balansdan çıxıldı, 150 dəqiqə verildi, amma 15 GB verilmədi. Gözlədim bir az.  Bir saat sonra əlaqə saxladım dəstək xidməti ilə, dedilər, kiçik bir problem var, qısa müddətdə həll edəcəyik və s. Xeyli vaxt keçdi, problem aradan qalxmadı, ikinci dəfə yığdım bildirdim ki, mənim işim internetlə bağlıdır, təcili lazımdır. Bildirdilər ki, saatlıq internet paketi götürün, işinizi həll edin. 22 AZN verəsən paket üçün, amma 1 saatdan bir 70 qəpiyə paket götürəsən. İndi də yazdım 5 iş günü deyirlər..."

Bu barədə sosial şəbəkədə abunəçilərdən biri yazıb.

"Madəm digər paket götürəndə aktivləşə bilirsə, onu niyə etmirsiniz? Xülasə, operatoru dəyişmək vaxtıdır artıq. Onsuz da qiymətləri qaldırırsınız hər gün, göstərdiyiniz xidmət isə sıfır! "Azercell", ziyan verirsiniz millətə..." - o qeyd edib. 
Digər istifadəçi də narazılığını ifadə edib: "Bunu ötən ay mən də yaşadım, 10 GB internet qeyd etmişdim, amma onun əvəzinə 10 GB tiktok üçün internet verildi, özlərinə bildirirsən, yazırlar ki, araşdırılır, sonda da günah səndə olur ki, siz səhv qeyd etmisiniz..." \\Pravda.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199253