Saat:11:13
Haqqımızda

"Azərbaycanlılarla ünsiyyət qururuq, normal davranırlar" - Zabux sakini - VİDEO

2022-08-08 19:11:00

Üçtərəfli razılaşmaya əsasən, Ermənistan Laçını Azərbaycana verməlidir.

2022-ci ilin iyununda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yeni yolun çəkilişi barədə məlumat verib. Yolun 32 kilometrlik Azərbaycana düşən hissəsinin tikintisi sürətlə davam edir və bu il başa çatdırılması planlaşdırılır.

Laçının Azərbaycanın nəzarətinə verilməsi Qarabağdan Ermənistana alternativ yolun olmaması səbəbindən ləngiyib. Bu yol istifadəyə verildikdən sonra Laçın Azərbaycana veriləcək.

Avqustun 25-dək Laçın şəhəri, Zabux və Sus kəndində qanunsuz məskunlaşan Livan və Suriyadan, o cümlədən, Ermənistandan olan ermənilər evlərini tərk etməli, ərazilər Azərbaycana təhvil verilməlidir.

Bunu etmək istəməsələr də, artıq onlara separatçı qurum tərəfindən göstəriş verilib.

Rusiyanın internet resursu Zabux kəndində ermənilərlə görüşüb söhbətləşib. iKənd icmasının rəhbəri Andranik Çauşyan “hakimiyyət orqanları”nın kompensasiya, mənzil almaq üçün arayışlar vəd etdiyini, lakin konkret müddət göstərmədiyini deyib.

“Hələlik kimin hara köçəcəyini hökumətə dəqiq təqdim etmək üçün ailələrin siyahısını tərtib edirik”, – deyən Çauşyan Zabuxda 200 sakinin yaşadığını bildirib.

Kənd sakinləri tikinti işləri aparan azərbaycanlılarla tez-tez rastlaşdıqlarını, hətta ünsiyyət qurduqlarını deyirlər. Kənd sakinləri Azərbaycan dilində danışa bildiklərini də vurğulayıblar.

Bəziləri aqressiv olsalar da, əksər ermənilər bunun normal olduğunu və azərbaycanlıların da normal davranışını qeyd edirlər. Onlar yeni yolun tikintisinin faydalı olacağına ümid edirlər.

Qeyd edək ki, yeni çəkilən yolun tikintisi Xankəndiyə qədər aparılacaq.

Xuraman Etibarlı,

KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR