Azərbaycanlılara qarşı bir daha bu, olmayacaq - Ərdoğan

2022-05-10 09:14:00

Azərbaycanlılara qarşı bir daha bu, olmayacaq - Ərdoğan

Biz Boraltan körpüsü faciəsinin utancını bir daha yaşatmayacağıq.

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bildirib ki, ölkəsi qapılarını ona ehtiyacı olanlara bağlamayacaq.

Onun sözlərinə görə, Ukraynada müharibə başlayan gündən bu ölkədən Türkiyəyə qaçan insanların sayı 100 minə çatıb.

Xatırladaq ki, 1944-cü ildə 146 azərbaycanlı SSRİ zülmündən qaçaraq qardaş Türkiyəyə sığınır. O zaman SSRİ-nin tələbi ilə geri qaytarılan azərbaycanlılar Araz çayının üzərindəki Boraltan körpüsündəcə SSRİ əsgərləri tərəfindən güllələnir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya