Saat:11:04
Haqqımızda

“Azərbaycanlılar və ermənilər barışmalıdır…” –ZƏRDÜŞT ƏLİZADƏ

2023-01-26 21:28:00

“Azərbaycanlılar və ermənilər barışmalıdır…” –ZƏRDÜŞT ƏLİZADƏ

Xəbər verildiyi kimi Avropa İttifaqı iki il müddətinə Ermənistan və Azərbaycan sərhədinə 100 müşahidəçidən ibarət yeni missiya göndərmək niyyətindədir.


Rəsmi İrəvanla müşahidəçilərin iştirakının zəruriliyi ilə bağlı anlaşma əldə olunub. Müvafiq missiya layihəsi təsdiq olunmaq üçün Avropa Komissiyasının siyasət və təhlükəsizlik komitəsinə göndəriləcək. Bəzi ekspertlər Avropa İttifaqının bu addımının yeni situasiyanın yaranmasını şərtləndirəcəyini düşübülər.

Politoloq Zərdüş Əlizadə bu qənaəti bölüşmür. O, Azpost.info-ya açıqlamasında bildirib ki, Avropa İttifaqının bu addımı heç nəyi dəyişməyəcək. “Avropa İttifaqı nə qədər istəyir missiya göndərsin. İstəyir lap Zəngəzura yox, İrəvana göndərsin. Bunun Qarabağ probleminə hər hansı təsirinin olacağını düşünmürəm”, – deyə Zrədüşt Əlizadə vurğulayıb.

Onun fikrincə, Qarabağ probleminin birdəfəlik həllinə və bununla da bölgədə dayanıqlı sülhə nail olunması Azərbaycan və Ermənistan xalqı arasında barışıq əldə olunmalıdır. “Bu problemi üçüncü tərəfin iştirakı olmadan iki xalq özü həll etməlidir”, – deyə politoloq bildirib. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR