“Azərbaycanlılar hər gün Xankəndinə gəlib, əylənirlər” - Erməni aksiyaçı

2022-07-28 17:57:00

“Azərbaycanlılar hər gün Xankəndinə gəlib, əylənirlər” - Erməni aksiyaçı

Bu gün Ermənistanın paytaxtı İrəvanda Qarabağdan gəlmiş bir qrup erməni etiraz aksiyası keçirib.

Hurriyyet.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, onlar bir daha geri qayıtmaq fikirlərinin olmadığını bildirib və hökumətdən şəhərlərdə onlara mənzil verməsini tələb ediblər.

Özünü Bakıdan olan erməni kimi təqdim edən aksiya iştirakçılarından biri deyib ki, Azərbaycanlılar hər gün Xankəndinə gələrək, orada əylənirlər. “Mən Xankəndinə getməyəcəm. Türklər sakitcə gəlib, Xankəndidə əylənirlər. Bizim qızlara baxırlar. Mən bunu gözlərimlə görmüşəm. Bunu görəndən sonra 8 nəvəmi yığıb, Xankəndinə gedəcəm?”

Qeyd edək ki, Azərbaycanlıların Xankəndinə getməsi və orada əylənməsinə dair hər hansı məlumat yoxdur. Özünü Bakıdan olan erməni kimi təqdim edən şəxsin iddiası isə maraqlıdır. Eyni zamanda, Xankəndi Azərbaycan torpağıdır və azərbaycanlıların da ora getməsi, əylənməsi qeyri-adi hadisə deyil və ola da bilməz.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061154