Azərbaycanlı tələbə "Kadırovçu”ların işğəncəsindən danışdı: - “Hər gün 30 dəqiqə..."

2022-04-15 16:25:00

Azərbaycanlı tələbə

Xəbər verdiyimiz kimi, 2 gün öncə Ukraynanın Mariupol şəhərində girov götürülən azərbaycanlı tələbə sərbəst buraxılıb.

Bu barədə girov götürülən Hüseyn Abdullayevin atası Amin Abdullayev məlumat verib. Martın 17- dən Ukraynada döyüşən çeçen əsgərlər tərəfindən əsir götürülən, əslən Nefçalanın Tatarməhlə kəndindən olan 20 yaşlı gəncin yaşadığı stress, psixoloji sarsıntılar və verilən işgəncələrdən ürəyində problemlər yaranıb.

Hurriyyet.az xəbər verir ki, “Kadıovçular”da əsirlik həyatı yaşayan azərbaycanlı tələbə Hüseyn Abdullayev səhhəti və yaşadıqları ilə bağlı Cebhe.info-ya danışıb:

“Yaxşı olmağa çalışıram. Məni hər gün toka verirdilər. Çoxlu işgəncələr verirdilər, döyürdülər. Əsas işgəncə toka vermək idi. Təxminən 20- 30 dəqiqə ərzində məni hər gün toka verirdilər, su toküb ayıldandan sonra yenidən toka verirdilər”.

25 gün əsir həyatı yaşayan Hüseyn bildirib ki, onu otaqda tək saxlayıblar

“Məni otağa atmışdılar. Sonra gəlib dedilər ki, səni Ramazan ayına görə buraxırıq. Mənim üçün narahat olan insanlara minnətdaram”.

Qeyd edək ki, 20 yaşlı Hüseyn Adullayev Mariupol Dövlət Universitetinin 3- cü kurs tələbəsidir. Universitetin yataqxanasının zirzəmisində gizlənən Hüseyn Azərbaycana qayıtmaq istəyərkən Rusiya ordusunda xidmət edən çeçenlər tərəfindən əsir götürülüb.Tələbə yoldaşları ilə birgə ölkəni tərk etmək istəyən Hüseyn ukraynalıların olduğu avtomobillə Marupoldan çıxsa da, Zaporoje rayonunda hərbçilər onu saxlayıb və əsir götürüblər. Onu da bildirək ki, Hüseyn hazırda Zaporoje rayonunda xəstəxanada müalicəsini davam etdirir. Tələbənin Azərbaycana qaytarılması istiqamətində tədbirlər görüləcək.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya