Azərbaycanlı qaçqınların Xocalıya qaytarılması ilə bağlı danışıqlar təxribatçı dedi-qodudur — Beqlaryan

2022-08-31 23:58:00

Azərbaycanlı qaçqınların Xocalıya qaytarılması ilə bağlı danışıqlar təxribatçı dedi-qodudur — Beqlaryan

“Azərbaycanlı qaçqınların Xocalıya qaytarılması ilə bağlı danışıqlar təxribat xarakterli dedi-qodudur”.
Bu barədə Qarabağdakı qondarma qurumun “dövlət naziri” Artak Beqlaryan deyib:
“Azərbaycanlı qaçqınların İvanyana (Xocalı) və ya bizim nəzarətimiz altında olan digər icmalara qayıtması ilə bağlı şayiələrin reallıqla heç bir əlaqəsi yoxdur”.
Onun sözlərinə görə, “hakimiyyət”in gündəliyində belə bir məsələ yoxdur.
“Bu çətin dövrdə cəmiyyətdə bu cür təxribatçı dedi-qoduların yayılmasını yolverilməz hesab edirik. Onsuz da bizim həll olunmamış çoxlu problemlər, təhlükəsizlik məsələləri var ki, onların həlli üçün bütün yük və məsuliyyət ilk növbədə “hakimiyyət”in üzərinə düşür. Lakin mövcud çağırışları uğurla aradan qaldırmaq üçün biz hamımız qüvvələrimizi bir yerə cəmləməli, etiraf etməliyik ki, yalnız bir-birimizi dəstəkləməklə milli və dövlət maraqlarımızı təmin edə bilərik”, – Beqlaryan çərənləyib. \\Demokrat.az 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063317