Azərbaycanlı nazir ABŞ-da bayrağımızı səhv saldı — BİABIRÇILIQ

2022-05-07 17:32:00

Azərbaycanlı nazir ABŞ-da bayrağımızı səhv saldı — BİABIRÇILIQ

Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov bu yaxınlarda ABŞ-a səfəri çərçivəsində Pakistanın BMT-dəki daimi nümayəndəsi Munir Əkrəmlə görüşüb.

İkitərəfli görüş zamanı Anar Kərimovun arxasında Azərbaycanın üçrəngli bayrağı əvəzinə Maldiv Respublikasının dövlət bayrağı qoyulub.

Azərbaycanın Mədəniyyət Nazirliyi isə həmin görüşdən çəkilmiş fotoları qurumun saytına yerləşdirib, daha sonra isə silib.

Maraqlıdır ki, Anar Kərimov  sözügedən görüşdə Azərbaycanı, yoxsa Maldiv adalarını təmsil edib?!

Buradan üç məqam ortaya çıxır:

1. Bu görüşü təşkil edənlər Azərbaycan bayrağını tanımayıblar, rənglərini səhv salıblar, bəs Anar Kərimov necə? O da Azərbaycan bayrağını tanımayıb?

Ümumiyyətlə, Anar Kərimov niyə arxasına baxmayıb ki, hansı ölkənin dövlət bayrağı altında rəsmi görüş keçirir? Öz ölkəsini təmsil edən bir nazirin hədsiz diqqətsizliyi və Azərbaycana olan bu cür hörmətsizliyi qəbuledilməzdir.

2. Görünür ki, bu görüşdən əvvəl Maldiv Respublikasının təmsilçisi də orada görüş keçirib, amma bayrağı dəyişmək yaddan çıxıb. Bu məsələdə də bütün məsuliyyət yenə Anar Kərimovun üzərinə düşür.

3. Bu, diplomatik təxribat da ola bilər. Bəs bizim nazir belə təxribatdan nə üçün yayına bilməyib?

Pravda.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya