Saat:03:49
Haqqımızda

Azərbaycanlı müğənni evində ölü tapıldı - VİDEO

2024-04-30 23:19:16

Azərbaycanlı müğənni evində ölü tapıldı - VİDEO

Bir zamanların məşhur müğənnisi Züleyxa Rəhimi vəfat edib.

Hurriyyet.Az xəbər verir ki, OLAY-ın əldə etdiyi məlumata görə, o, yaşadığı Kürdəxanı kəndində evində ölü tapılıb. Sənətçi 27 apreldə dəfn edilib. O, qaraciyər xərçəngindən əziyyət çəkirdi.

Qeyd edək ki, Züleyxa Rəhimi 1937-ci ildə anadan olub. 13 yaşında Suraxanıda yerləşən mədəniyyət evində solist olub. 1969-cü ildə Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Təhsilini bitirdikdən sonra ailə həyatı qurub. Oğlunun 2 yaşı olanda, o, həyat yoldaşından boşanıb.

Rəhimi “Qubanın ağ alması”, “Gəlmə gəlmə” kimi mahnılarıyla məşhurdur.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.259425