Azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib

2022-09-10 21:04:00

Azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib

Azərbaycan kikboksçusu Məhəbbət Hümbətov Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib.

70 kq-da çıxış edən Azərbaycan idmançısı "Qladiator" ləqəbli İhab Lahlunu (Mərakeş) məğlub edib.

Digər azərbaycanlı kikboksçu Cabbar Mustafayev (67 kq) isə İrakli Cquşiaya (Gürcüstan) uduzub.\\Report

19:39

Azərbaycan kikboksçusu Zabit Səmədovun vida döyüş gecəsinə start verilib.

Milli Gimnastika Arenasında keçirilən və Almaniyanın "Mix Fight Championship" təşkilatının təşkil etdiyi döyüş gecəsində ilk olaraq rinqə 60 kq çəki dərəcəsində kikboksçular çıxıb.

Mixel Olenski (Niderland) Osmanova (Azərbaycan) 3 raundun yekununda qalib gəlib.

Qeyd edək ki, Zabit Səmədov vida döyüş gecəsində braziliyalı sabiq UFC döyüşçüsü, "Yekəayaq" ləqəbli Antonio Silva ilə qarşılaşacaq. Bu döyüşün təxminən saat 23:00-da başlayacağı gözlənilir.\\Report


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059789