Azərbaycanlı iş adamının 20 milyonunu bir anda “apardılar”

2022-04-21 15:00:00

Azərbaycanlı iş adamının 20 milyonunu bir anda “apardılar”

Antalyada yaşayan Azərbaycan iş adamı Murad Muradov yüksək gəlir vədi ilə girdiyi kriptovalyuta birjasında təqribən 20 milyon türk lirəsi itirib.

Pulunu almaqda çətinlik çəkən və hesablarına daxil ola bilməyən iş adamı bu səbəblə şikayətçi olub. Hurriyyet.az cebhe.info-ya istinadən xəbər verir ki, uzun illərdir Antalyada yaşayan və tikinti sahəsinə sərmayə qoyan iş adamı tanımadığı adama aldandığını bildirib:

"Xahiş edirəm, bu kriptovalyuta birjalarına, xüsusən də Türkiyədə infrastrukturu olmayan bəzi naməlum şəxslərin “Gəlin, bura pul yatırın” sözlərinə inanmayın. Onlar da mənim kimi qurban olacaqlar”.

İddialara görə, Muradov villa kirayə vermək istəyən, adı açıqlanmayan almanla tanış olub və həmin şəxsin idarə etdiyi siyahıda olan şirkətə 1 milyon 172 min dollar pul ödəyib. Eyni zamanda, Almaniya vətəndaşının bütün ehtiyaclarını və ödənişlərini qarşılayan Muradov qazandığı pulun bir hissəsi ilə torpaq sahəsi almaq istəyib. Xarici ölkədə hesablarına daxil ola bilməyən və aldadıldığını anlayan Muradov Türkiyəyə gələn kimi vəkili vasitəsi ilə Kibercinayətlərlə Mübarizə Şöbə Müdirliyinə gedərək həmin şəxslərdən şikayət edib. Alman ortağından təxminən 20 milyon TL almalı olan Muradov infrastrukturu Türkiyədə kriptovalyuta bazarına heç kəsin girməməsi ilə bağlı xəbərdarlıq edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya