Azərbaycanlı idmançını SEPAH-a nə bağlayır...

2022-08-03 15:51:00

Azərbaycanlı idmançını SEPAH-a nə bağlayır...

İyulun 31-də ABŞ mediası Nyu-Yorkda iranlı media fəalı Məsih Əlinejadın evinin yaxınlığında Kalaşnikov avtomatı ilə gəzən şəxsin həbs edildiyi barədə xəbər verib. Keçən ilin iyulunda ABŞ-ın məhkəmə orqanları İranın kəşfiyyat agenti və bir qadın da daxil olmaqla dörd nəfəri İran rejiminə müxalif jurnalisti bu ölkədə oğurlamaq üçün sui-qəsddə ittiham edib. Qəribədir ki, bu dəfə təqsirləndirilən şəxs Azərbaycan Respublikası vətəndaşı və bu ölkənin cüdo üzrə milli komandasının keçmiş üzvü Xalid Mehdiyevdir. O, ötən cümə axşamı ABŞ polisi tərəfindən həbs edilib. Nədənsə bu xəbər Azərbaycan mediasında diqqətdən kənar qalıb.
Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, Xalid Mehdiyev 2013-cü ildə Azərbaycanın cüdo üzrə yığmasına qoşulub və 2016-cı ilə qədər bu komandada çalışıb.
Bəs İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında münasibət necədir? Azərbaycan xalqı və mediası bu xəbərə nə deyir?
İslam Respublikası Azərbaycanda nə edir?
Dindarlıq İslam Respublikasının Azərbaycana təsir etmək üçün istifadə etdiyi strateji alətdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra İslam Respublikası müxtəlif yollarla bu ölkənin şiələrinə təsir etməyə çalışıb.
1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra İslam Respublikası tərəfindən İslam İnqilabına uyğun və İranın dəstəyi ilə “Azərbaycan İslam Partiyası” təsis edilib. Bu partiya 4 ildən sonra “hakimiyyəti devirməyə və ölkəni İslam Respublikasına çevirməyə cəhd” ittihamı ilə ləğv edilib.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələri Azərbaycanda 1990-cı illərin əvvəllərindən fəaliyyət göstərib. Azərbaycan İslam Partiyasının keçmiş üzvlərindən bəziləri 1993-cü ildə İslam Respublikasının silah və maliyyə yardımından istifadə edərək “Azərbaycan Hizbullahı”nı təsis etdilər və 1995-ci ildə “Ceyşullah” adlı qruplaşma yaradaraq Amerika və İsrail səfirliklərinə hücum etməyə cəhd etdilər...

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000088