Azərbaycanlı hərbçilərin Xocavənddə irəlilədiyi xəbər verilir
2021-09-22 13:18:00
Erməni mənbələri xəbər verir ki, Azərbaycan hərbçiləri müvəqqəti olaraq rus sülhməramlılarının nəzarətində olan Xocavənd rayonunun Cütçü kəndinə doğru irəliləyiblər.
Bu barədə "Sputnik Armenia" kənddə yaşayan erməni icmasının başçısı Lernik Avanesyanın məlumatına istinadla xəbər verib.
Avanesyanın dediyinə görə, azərbaycanlı hərbçilər 21 sentyabrda 1200 metr irəliləməyə və bu mövqelərdə möhkəmlənməyə cəhd etmişlər.
Hadisə rus hərbçilərinə xəbər verildikdən sonra general Yeqorov məsələyə müdaxiə edib.
Bundan başqa Azərbaycan tərəfi mövqelərdən və Amaras kompleksindən "Artsax" baryağının yığışdırılmasını tələb edib, rus hərbçiləri isə onları erməni bayraqları ilə əvəzləməyi təklif edib.
Müzakirələr davam edir.
Ülviyyə, Hurriyyet.az