Saat:22:05
Haqqımızda

Azərbaycanlı hakim 65 hakim arasında ən yaxşı kişi rinq hakimi "Best referee ring" ünvanına yiyələnib - FOTO

2024-12-11 22:08:23

Azərbaycanlı hakim 65 hakim arasında ən yaxşı kişi rinq hakimi

Türkiyənin Antalya  şəhərində keçirilmiş kikboksinq üzrə hərbçilərin  l açıq cempionatının ən yaxşı rinq hakimi azərbaycanlı olub.

Hurriyyet.az xəbər verir ki, yarışda Azərbaycan Kikboksinq Federasiyasının Hakimlər Kollegiyasının müavini, beynəlxalq A dərəcəli hakim Aydın Ağabəyov ədalətli və qüsursuz hakimlik etdiyinə görə çempionatın ən yaxşı rinq hakimi seçilib.

Ona "Best referee ring" mükafatını əks etdirən xüsusi kubok təqdim olunub.

Xatırladaq ki, Aydın Ağabəyov noyabr ayında artıq 2-ci dəfə oxşar mükafata yiyələnir. O, Yunanıstanın paytaxtı Afinada keçirilmiş Avropa çempionatında da 45 ölkə 65 hakim arasında ən yaxşı kişi rinq hakimi "Best referee ring" ünvanına yiyələnmişdi.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.143746