Saat:17:04
Haqqımızda

Azərbaycanlı futbolçu Türkiyə Superliqasında oynaya bilər

2025-05-16 00:15:22

Azərbaycanlı futbolçu Türkiyə Superliqasında oynaya bilər

Azərbaycan milli komandasına namizəd Vüsal İsgəndərlinin şərəfini qoruduğu Türkiyənin "Boluspor" klubu vacib qələbə qazanıb. 

29 yaşlı hücumçumuzun komandası I Liqanın pley-off mərhələsinin 1/4 finalında bir neçə dəqiqə öncə səfərdə "İstanbulspor"u məğlub edib.

2:1 hesabı ilə qalib gələn Bolu təmsilçisi pley-offun yarımfinalına çıxıb.

Vüsal bu matçda forma geyinmək şansı qazanmayıb.

Qeyd edək ki, Türkiyə I Liqasıda ilk iki yeri tutan "Kocaelispor" və "Genclerbirliyi" Superliqaya birbaşa vəsiqə qazanıb.

Qalan 1 vəsiqə uğrunda isə çempionatı 3-7-ci pillədə bitirən 5 kollektiv mübarizəyə qoşulub.

"Boluspor" 7-ci sıranın sahibi qismində pley-offda iştirak hüququna yiyələnib.

Pley-offun yarımfinalında rəqib rəqib "Bandırmaspor" olacaq. İsgəndərlinin komandası bu səddi aşacağı təqdirdə, I Liqanı 3-cü sırada başa vurmuş "Karagümrük"lə həlledici qarşılaşmada üz-üzə gələcək.

Onu da əlavə edək ki, ötən ilin yayında Albaniyanın "Eqnatiya" klubundan "Boluspor"a keçən Vüsal yeni klubunda 25 oyuna çıxıb, 2 qol vurub və 4 məhsuldar ötürmə verib. \\Offsideplus.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.208067