Saat:23:27
Haqqımızda

""Azərbaycanlı" deyimi etnik kimlik deyil, vətəndaşlıq tanımıdır" - NATİQ CƏFƏRLİ

2021-09-21 11:34:00

"Ona görə də mənim talış, ləzgi, avar, rus və s. qardaş və bacılarımın ölkədə özünə "türk" deyənlərə görə narahat olmamalıdır"

"Son günlər süni gündəm kimi ölkədə yaşayan etnik kimliklərlə bağlı bəzi müzakirələr gedir, səmimi fikir bildirənlər də var, məsələni bilərəkdən təhrif edənlər də". Hurriyyet.az xəbər verir ki, bu fikirlər Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərliyə məxsusdur.

Politoloq qeyd edib ki, ölkədə hüquqların pozulması etnik məsələ deyil, sistem problemidir: "Bu haqda geniş danışmaq olar, amma ilk öncə bir məsələdə ortaq məxrəcə gəlməliyik - "azərbaycanlı" deyimi etnik kimlik deyil, vətəndaşlıq tanımıdır. Ona görə də mənim talış, ləzgi, avar, rus və s. qardaş və bacılarımın ölkədə özünə "türk" deyənlərə görə narahat olmamalıdır. Mən özümə açıq şəkildə türk deməyi bacarmalıyam, bunu etnik millətçilik kimi qəbul etməyin. Çünki mənim üçün kimsə özünə talış, ləzgi, avar, rus deməsi çox doğaldır və bizim hamımızı birləşdirəm dəyər isə vətəndaşlıq tanımı - azərbaycanlı olmağımızdır".

Nati Cəfərli hesab edir ki, bu məsələdə ortaq məxrəcə gəlib bütün azərbaycanlıların haqqları uğrunda birlikdə çalışmalıyıq.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR