Saat:15:48
Haqqımızda

Azərbaycanlı deputat həqiqəti dediyi üçün işdən çıxarıldı - "Sibir xanlığı özbəklərin tarixi yurdudur"

2025-06-04 14:38:29

Azərbaycanlı deputat həqiqəti dediyi üçün işdən çıxarıldı -

Rusiyada soydaşımıza qarşı təhdidlər səsləndirilir
Hurriyyet.az xəbər verir ki, Rusiyada azərbaycanlı deputat həqiqəti söylədiyi üçün istefaya göndərilib.
İyunun 3-də keçirilən növbədənkənar iclasda Xalid Tağızadə Xantı-Mansi Muxtar Mahalı Dumasının Sosial İnkişaf Komitəsinin sədr müavini vəzifəsindən çıxarılıb. 
Tağızadə Özbəkistandan olan miqrantların Yuqraya "öz tarixi vətənlərinə getdiyini" söylədikdən sonra belə bir qərar qəbul edilib.
Deputat deyib: "Miqrantlar müxtəlif olurlar. Məsələn, özbəklər. Bizdə Yuqra və Tümen vilayətinin bir hissəsi var - bu, tarixən Sibir xanlığı olub. Məlum olduğu kimi,  Xan Küçüm, bu xanlığın sonuncu hökmdarı olub. Bu, Şibanilər sülaləsidir - Buxara xanlığından olan hakim özbəklər sülaləsi. Ola bilsin ki, bu mühacirlər öz tarixi vətənlərini ziyarət etmək üçün buraya gəliblər".
Bundan sonra Xantı-Mansi Muxtar Dairəsi Dumasının spikeri Boris Xoxryakov deputatın etika komissiyasına çağırılacağını açıqlayıb. Ardından qalmaqal federal səviyyəyə qalxıb. Dövlət Dumasının deputatı Stanislav Naumov kəskin reaksiya verərək deyib: "onu çirkli süpürgə ilə qovmaq lazımdır".
Xalid Tağızadə “Sibir özbəklər üçün tarixi vətəndir” bəyanatından sonra Rusiya Kommunist Partiyasından da xaric edilib. Partiya rəhbərliyi onun sözlərinin rəsmi mövqeyinə zidd olduğunu bildirib.
Deputat bu fikri Xantı-Mansi rayon parlamentinin iclasında bildirib. O, Küçümxanı tarixi misal kimi xatırladıb və “əgər indiki mühacirlər tarixi vətənlərinə qayıdırlarsa necə?” sualını verib.
Federal Təhlükəsizlik Bürosunun Tağızadəyə qarşı araşdırma apara biləcəyi də bildirilir.
Tağızadə bu sözləri söylədiyi zaman sonunçu hakimi özbək əsilli Küçümxan olan Sibir xanlığını nəzərdə tutduğunu bildirib. Ardından azərbaycanlı deputat məcburən üzr istəyib, bu fikrin "iddia yox, fərziyyə" olduğunu qeyd edib.
Mahal Dumasının spikeri Boris Xoxryakov Tağızadənin bu sözlərinin "parlamentin nüfuzuna xələl gətirdiyini, deputat etikasının normalarını pozduğunu iddia edib.
"Ura.ru" saytı Xalid Tağızadənin regiondan tələsik çıxdığını, guya məzuniyyətini keçirmək üçün Rusiyadan kənara, güman ki, Azərbaycana getdiyini yazıb. Lakin bu xəbər rəsmən təsdiqlənməyib.
Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.153620