Azərbaycanlı boksçu İrəvanda erməniyə qalib gəldi

2022-05-27 15:20:00

Azərbaycanlı boksçu İrəvanda erməniyə qalib gəldi

Ermənistanın paytaxtı İrəvanda keçirilən kişilər arasında boks üzrə Avropa Çempionatında Gürcüstanı təmsil edən Azərbaycan əsilli Sahil Allahverdiyev qızıl medal qazanıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Boks Federasiyasından bildirilib.

Qeyd olunub ki, yığma komandanın üzvü olan soydaşımız Gürcüstana çempionatda 48 kq çəki dərəcəsində ilk qızıl medalı qazandırıb:

“Final qarşılaşmalarında uğurlu start. Uğurumuz münasibətilə bütün Gürcüstanı təbrik edirik” (report.az).


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya