Azərbaycanla Türkiyə arasında daha bir müsbət gəlişmə - ikiqat vergitutma aradan qaldırılır
Milli Məclisin aprelin 23-də keçirilən iclasında vergi sahəsində daha bir addım atılıb. Belə ki, Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma aradan qaldırılır.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Eyni zamanda, iclasda Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra hər iki məsələ səsverməyə qoyularaq qəbul edilib.
Hurriyyet.az