Saat:20:05
Haqqımızda

Azərbaycanla sülh müqaviləsini imzalamaq vaxtıdır - Paşinyan

2024-05-14 16:45:09

Azərbaycanla sülh müqaviləsini imzalamaq vaxtıdır - Paşinyan

Azərbaycanla əldə olunan razılaşmaları sülh müqaviləsinə daxil etməyin və imzalamağın vaxtı çatıb.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Kopenhagendə bəyan edib.

“Bütün çətinliklərə baxmayaraq, biz inanırıq ki, demokratiyanın əsl və ən perspektivli yoldaşı davamlı və dayanıqlı sülhdür. Başçılıq etdiyim hökumət də bunun məsuliyyətini öz üzərinə götürüb.

Biz bu yaxınlarda Azərbaycanla dövlətlərarası sərhədlərimizin delimitasiyasına başlamaq barədə razılığa gəldik. 

Bu o deməkdir ki, delimitasiya zamanı biz sadəcə olaraq, Alma-Ata Bəyannaməsinə görə dövlət sərhədlərinə çevrilən Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasında inzibati sərhədləri bərpa etməliyik. Sərhədin delimitasiyasının başlanğıcı 2022-ci il oktyabrın 6-da Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Azərbaycan Prezidenti Əliyev və mənim arasında dördtərəfli görüşdə əldə olunmuş razılaşmanın həyata keçirilməsidir. Bu, Praqada baş verib. İndi bu sazişləri sülh müqaviləsinə daxil etmək və əks etdirmək və imzalamaq vaxtıdır”, - Paşinyan qeyd edib. 

İki ölkə arasındakı kommunikasiyalaırn açıqlmasına toxunan Paşinyan bildirib ki, razılaşdırılanların həyata keçirilməsi istiqamətində irəliləməyə hazırıq.

olke.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.172853