Saat:06:33
Haqqımızda

"Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında birgə hərbi təlimlər ittifaqı daha da gücləndirəcək" - POLİTOLOQ

2024-04-04 14:24:10

"Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında hərbi əməkdaşlığın dərinləşməsi bölgəni əhatə edən regional enerji və nəqliyyat layihələrinin təhlükəsizliyi üçün də vacibdir"

"Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstanın Aktau şəhərində "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təliminin planlaşdırma konfransı keçirilib. Bu ilin iyul ayında Qazaxıstanın "Oymaşa" təlim poliqonu, eləcə də Xəzər dənizinin akvatoriyasında yerləşən Tokmak Burnunda keçiriləcək təlimdə "Silahlı münaqişələrin yerinin müəyyən edilməsi istiqamətində təlim-döyüş tapşırıqlarının icrası" üzrə fəaliyyətlər yerinə yetiriləcək". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq deyib ki, Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri ilə siyasi, iqtisadi və humanitar əlaqələri genişləndirib, regional layihələr işə düşüb: "Bu ölkələr arasında birgə hərbi təlimlərin keçirilməsi bölgə ölkələri arasında ittifaqı daha da gücləndirəcək. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında hərbi ittifaqın gücləndirilməsi və birgə hərbi təlimlərin keçirilməsi ABŞ, Avropa İttifaqı və Türkiyənin də maraqlarına cavab verir. Çünki Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında hərbi ittifaq bölgəyə Rusiyanın təsir imkanlarını azaltmağa xidmət edəcək. Digər tərəfdən, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında hərbi əməkdaşlığın dərinləşməsi bölgəni əhatə edən regional enerji və nəqliyyat layihələrinin təhlükəsizliyi üçün də vacibdir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.159556