Azərbaycanla Latviya arasında hərbi saziş imzalandı

2022-04-26 19:00:00

Azərbaycanla Latviya arasında hərbi saziş imzalandı

Hurriyyet.az xəbər verir ki, bu gün Azərbaycan ilə Latviyanın müdafiə nazirləri Zakir Həsənov ilə Artis Pabriksin görüşü olub. İki  ölkə arasında hərbi əməkdaşlıq barəsində razılaşma əldə edilib.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin açıqlamasında deyilir: “Azərbaycan ilə Latviya arasında hərbi əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirə olunduğu görüşdə regiondakı hərbi-siyasi vəziyyət, təhlükəsizlik məsələləri, habelə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Sonda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Latviya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" imzalanıb”.

Latviyanın Müdafiə naziri ölkəsinin mütəxəssislərinin Qarabağdakı azad edilmiş ərazilərin minalardan və partlamamış mərmilərin təmizlənməsində iştirak eləməyə hazır olduğunu bildirib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya