Saat:19:21
Haqqımızda

Azərbaycanla Ermənistandan videolarla bağlı qarşılıqlı ittihamlar

2022-10-03 09:48:00

Azərbaycanla Ermənistandan videolarla bağlı qarşılıqlı ittihamlar

Oktyabrın 2-də sosial şəbəkələrdə Azərbaycan və Ermənistan əsgərlərinin güllələndiyi, meyitlərin təhqir olunduğu iddia edilən görüntülərin yer aldığı videolar yayılıb.

Bu videoların birində Ermənistan əsgərlərinin hərbi postunu Azərbaycan əsgərlərinin tutmasına və onların güllələnməsinə aid olduğu iddia edilən görüntülər yer alır.

Digər bir video da isə bir qrup hərbi və mülki geyimdə olan hərbçi ölmüş digər hərbi və mülki formada olan meyidləri təhqir edir.

İddia olunur ki, ölmüş hərbçi və mülkilər azərbaycanlılardır, onları təhqir edənlər isə Ermənistan hərbçiləridir.

Videoların dəqiq nə vaxt çəkildiyi qeyd edilmir, amma onların yeni olması, Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalar ( 12-13 sentyabr) zamanı lentə alınması haqda ehtimallar səsləndirilir.

Artıq Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) oktyabrın 2-də Azərbaycan hərbçilərini hərbi cinayətdə ittiham edən bəyanat yayıb. Bəyanatda Azərbaycanın “açıq-aşkar hərbi cinayətləri”nə aydın qiymət verilməsi tələb edilir.

“Azərbaycanlı istifadəçilər tərəfindən ardıcıl olaraq sosial şəbəkələrdə yayılan bir sıra videoçarxlar Azərbaycan Silahlı Qüvvələrinin hərbi cinayətləri – erməni hərbi əsirlərin məhkəməsiz qətlə yetirilməsi, erməni hərbçilərin, o cümlədən qadınların işgəncələrə məruz qalması, cəsədlərin təhqir olunmasından xəbər verir", – Ermənistan XİN-in bəyanatda yazılıb.

Qurum bu hərəkətlərə dəqiq qiymət verilməsini, beynəlxalq təhqiqat aparılmasını, beynəlxalq ictimaiyyətdən Azərbaycana təzyiq göstərməyi tələb edir

Azərbaycanın Xarici İşlər Nazirliyi isə bu bəyanatı “onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın insanın fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən bir ölkənin riyakarlığının nümunəsi" adlandırıb.

Nazirlik həmçinin bildirir ki, hələ sentyabrın 17-də Azərbaycanın Hərbi Prokurorluğu sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, ilə bağlı araşdırmalara başladığını bəyan edib.

Azərbaycan XİN də öz növbəsində Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edir.

Ermənistan Xarici İşlər Nazirliyinin söz açdığı video görüntülərlə bağlı Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da münasibət bildirib:

“Əgər videonun həqiqi olduğu sübut olunarsa, bu, araşdırılmalı və günahkarlar cəzalandırılmalı olan hərbi cinayətdir”, – Aİ-nin xüsusi nümayəndəsi vurğulayıb.

yenisabah.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR