Saat:04:41
Haqqımızda

"Azərbaycanla Ermənistan razılaşdıqca, Rusiya və İran narahat olur" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2024-04-24 11:04:35

"Hesab edirəm ki, Qərb Ermənistan üzərindən İrana qarşı müxtəlif istiqamətlərdə kəşfiyyat şəbəkəsi quracaq"

"Azərbaycanla Ermənistan razılaşdıqca, Rusiya və İran narahat olur. Belə ki, İran tərəfi Ermənistanı kənar gücləri regiona gətirməkdə iddiham etməyə başlayıb". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib.

Milli Cəbhə Partiyasının sədr müavininin sözlərinə görə, İranda hesab edirdilər ki, Qərb-Ermənistan əməkdaşlığı Azərbaycana qarşıdır: "Ona görə də buna susurdular. Lakin ayılıb görürlər ki, Ermənistan və Azərbaycan razılaşır, Qərbin hərbi təlimatçıları və kəşfiyyatı Ermənistanda güclənir. Hesab edirəm ki, Qərb Ermənistan üzərindən İrana qarşı müxtəlif istiqamətlərdə kəşfiyyat şəbəkəsi quracaq".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.168471