Saat:06:27
Haqqımızda

“Azərbaycanla Ermənistan arasında sülh dövrü başlayıb”

2025-10-21 13:16:01

“Azərbaycanla Ermənistan arasında sülh dövrü başlayıb”

“Azərbaycan ilə Ermənistan arasında sülh dövrü başlayıb”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxış edən Prezident İlham Əliyev deyib.

“Bu gün yeni mərhələ başlayır, hətta deyərdim ki, yeni dövr başlayıb - Azərbaycan ilə Ermənistan arasında sülh dövrü. Son hərbi toqquşmalardan cəmi iki il keçməmiş sülh sazişinin paraflanması hər iki ölkənin kifayət qədər yüksək səviyyədə siyasi iradə nümayiş etdirməsindən xəbər verir”, - dövlət başçısı qeyd edib.

İlham Əliyevin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normalaşdırılmasındakı rolu ən yüksək qiymətə layiqdir.


Load Time (S) : 0.184006