“Azərbaycanla Ermənistan arasında müharibə başlaya bilər” - Türkiyənin müdafiə naziri

2023-05-05 17:46:00

“Azərbaycanla Ermənistan arasında müharibə başlaya bilər” - Türkiyənin müdafiə naziri

Türkiyənin Müdafiə naziri Hulusi Akar Azərbaycan-Ermənistan münasibətlərindən danışıb. Türkiyəli nazir iki ölkə arasında yeni eskalasiya təhlükəsinin olduğunu bildirib.

Hurriyyet.az xəbər verir ki, Akar sülh sazişinin imzalanmamasının bölgədə gərginliyi artırdığını vurğulayıb. Müdafiə naziri deyib ki, danışıqlar prosesinin uğurla başa çatması nə qədər yubanırsa, yeni münaqişə riski bir o qədər yüksək olara qalır:

"Vəziyyət qeyri-sabitdir və get-gedə sülh sazişinin tezliklə imzalanmasına ümidimiz azalır. Hazırda münaqişə dondurulsa da, yekun sənədin imzalanmaması hərbi əməliyyatların bərpası təhlükəsini artırır".

yenisabah.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.269683