“Azərbaycanla danışıqlar 3 istiqamətdə gedir“ - Paşinyan

2023-03-03 15:00:00

“Azərbaycanla danışıqlar 3 istiqamətdə gedir“ - Paşinyan

“Ermənistan Qarabağ probleminin həllini Ermənistan-Azərbaycan prosesindən ayırmağa və Xankəndi ilə Bakı arasında müzakirə mexanizminin formalaşması məntiqinə razılaşıb”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Berlində “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik” forumunda çıxış edərkən Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O deyib: “Ermənistan üçün Qarabağ ermənilərinin təhlükəsizlik və hüquq problemlərinin həllinə yönəlmiş təminat mexanizminin yaradılması vacibdir. Təfərrüatlara varmadan qeyd etmək istərdim ki, bütün erməni məhbusların qaytarılması və beynəlxalq təşkilatların Qarabağa daxil olması kimi humanitar məsələlər hələ də həll olunmamış qalır və bu, bizim üçün, narahatlıq doğuran əsas məsələlərdir”.

Eyni zamanda, Paşinyan qeyd edib ki, Ermənistan-Azərbaycan danışıqlar prosesi üç əsas istiqamətdə gedir: Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsinə dair saziş, regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin blokadadan çıxarılması, sərhədlərin demarkasiyası və təhlükəsizliyi. (yenisabah)


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.457238