Azərbaycanla bu ölkə arasında aviareyslər bərpa edilir
2023-03-18 11:10:00

AZAL aprelin 22-dən etibarən Azərbaycanla Küveyt arasında aviareysləri bərpa edir.
Hurriyyet.az xəbər verir ki, Bakı-Əl-Küveyt-Bakı marşrutu üzrə uçuşlar ilkin olaraq həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək. İyun ayında bu istiqamətdə uçuşlar cədvəlinə daha bir tezlik - bazar ertəsi - əlavə olunacaq.
Küveyt yerli görməli məkanları, müasir şərq memarlığı, çimərlik istirahəti və alış-veriş turistləri cəlb edir.
Aviabiletləri www.azal.az saytından, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə edə bilərsiniz.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya