Saat:12:13
Haqqımızda

Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Türkiyəyə yola düşəcək

2021-07-31 19:42:00

Azərbaycanın yanğınsöndürənlərinin növbəti qrupu Türkiyəyə yola düşəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu yaxın saatlarda qardaş Türkiyə Respublikasına yola düşəcək.

Bu barədə FHN məlumat yayıb.

Məlumata görə, yanğın-xilasetmə qrupuna 1 ədəd helikopter, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir. \\Ovqat

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR