Azərbaycanın xüsusi xidmət orqanlarının əməkdaşları Moskvada
2024-11-26 10:48:32
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu gün Moskvada MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin rəhbərlərinin iclası başlanır. Bu formatda iclas artıq 20-ci dəfə keçirilir.
Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xİdmətinin mətbuat bürosunun məlumatına görə, ortaq fəaliyyətlərin nəticələri nəzərdən keçiriləcək, MDB ölkələrinin xüsusi xidmət orqanlarının gələcək əməkdaşlığının prioritetləri müzakirə ediləcək.
İclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndələri iştirak edəcəklər.
Hürr Tərcüman