Saat:17:17
Haqqımızda

Azərbaycanın U-21 millisi Şotlandiya ilə məhsuldar heç-heçə etdi

2025-10-15 00:02:16

Azərbaycanın U-21 millisi Şotlandiya ilə məhsuldar heç-heçə etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Bakıda Şotlandiyanın müvafiq yaş kateqoriyasından ibarət kollektivi ilə üz-üzə gələn yığma 3:3 hesablı heç-heçəyə razılaşıb.

"Liv Bona Dea Arena" stadionunda keçirilən matçda ev sahibi komandanın qollarını Xəyal Əliyev (7, 49-p.) və Şahin İbrahimov (79) vurublar. Rəqibin heyətində isə Devid Uotson (33) Lyuk Qrem (44) və Semuel Klipp Hardinq (90+1) adlarını tabloya yazdırıblar. 

Qeyd edək ki, bu nəticədən sonra Rəşad Eyyubovun rəhbərlik etdiyi milli B qrupunda ikinci heç-heçəsinə imza ataraq, xallarının sayını 2-ə çatdırıb. \\Report 


Load Time (S) : 0.178431