Saat:04:23
Haqqımızda

"Azərbaycanın turizm imkanlarına marağın artması müşahidə olunmaqdadır" - VÜQAR BAYRAMOV

2024-03-25 14:20:30

"Turistlərin sayına Bakıdan uçuşların sayının artması və eləcə də ekonom reyslərin çoxalması da təsir göstərib"

"2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46.7 faiz artaraq 341 min nəfər olub. Bu dövrdə də qonşu ölkələr ilk üçlüyü formalaşdırıb: gələnlərin 26,8 faizi Rusiya, 19,9 faizi Türkiyə, 9,8 faizi İranın payına düşüb. Ümumi turistlərin 6,9 faizi Hindistan, 4,8 faizi Gürcüstan, 3,4 faizi Səudiyyə Ərəbistanı vətəndaşları olublar". Hurriyyet.az-ın məlumatına görə, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri, millət vəkili Vüqar Bayramov deyib.

Artımlara gəldikdə isə millət vəkili eyd edib ki, 2023-cü ildə olduğu kimi yenə də Çindən gələnlər öndədir: "Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 4,1 dəfə, Səudiyyə Ərəbistanından - 2,8 dəfə, Hindistandan - 2,7 dəfə, Qırğızıstandan - 2,6 dəfə, Bəhreyndən - 2,5 dəfə, Qazaxıstandan - 2,4 dəfə, Tacikistandan - 2,4 dəfə, Filippindən - 2,0 dəfə, Omandan - 1,9 dəfə, İspaniyadan - 1,9 dəfə, Özbəkistandan - 1,9 dəfə, Cənubi Koreyadan - 1,9 dəfə, İordaniyadan - 1,8 dəfə, İtaliyadan - 1,8 dəfə, Türkmənistandan - 1,7 dəfə, Misirdən - 1,7 dəfə, Yəməndən - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, İrandan - 1,6 dəfə artıb. Ərəb ölkələrindən gələnlərin sayında yenidən artımlar müşahidə edilməyə başlayıb. Belə ki, bu ilin yanvar-fevral aylarında körfəz dövlətlərindən gələnlərin sayı 1.7 dəfə artıb. Eyni artım Avropa İttifaqından gələnlərin sayında qeydə alınıb. MDB ölkələrindən gələnlərdə artım nisbətən azdır: cəmi 31.4 faiz. Rəsmi statistika göstərir ki, yenidən körfəz ölkələrindən, xüsusən də Səudiyyə Ərəbistanı və Küveytdən gələnlərin sayında artımlar müşahidə olunmaqdadır".

CESD sədri əlavə edib ki, turistlərin sayına Bakıdan uçuşların sayının artması və eləcə də ekonom reyslərin çoxalması da təsir göstərib: "Eyni zamanda, mövsümi olaraq Azərbaycanın turizm imkanlarına marağın artması müşahidə olunmaqdadır".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.220056