Azərbaycanın tikdiyi alternativ yolda yenə də separatçıların ƏSKİ PARÇASI... - BU NƏDİ BELƏ?

2022-09-02 10:03:00

Azərbaycanın tikdiyi alternativ yolda yenə də separatçıların ƏSKİ PARÇASI... - BU NƏDİ BELƏ?

İki ilə yaxındır ki, Laçın “dəhlizi”nə alternativ yolun çəkilməsinə, özü də Azərbaycan dövlətinin maliyyəsi, texnikası, canlı qüvvəsi hesabına tikilməsinə naz edən haylar bu gün -artıq həmin yolun istifadəyə verilməsindən 2 gün sonra razılıq etməyə başlayıblar. Amma...

Artıq Azərbaycan Respublikasının beynəlxalq hüquqla ərazisi sayılan bu yol boyu Rusiya bayraqları ilə yanaşı, erməni əski parçaları və separatçı erməni “polis”ləri, onların avtomobilləri görünməyə başlanıb.

Hurriyyet.az moderator.az-a istinadla xəbər verir ki, deyilənləri Xankəndindəki separatçı nəşrlərin yaydığı xəbər və video-material da təsdiqləyir.

“Yeni salınan yolun istismara verildiyi vaxtdan separatçı-terrorçu rejimin qanunsuz "daxili işlər nazirliyi"nin "müvafiq polis bölmələri burada gecə-gündüz növbətçilik edərək, hərəkətin təhlükəsizliyini təmin ediblər. Artıq polis və yanğınsöndürən-xilasedicilərin bazaları da var" – bunu erməni jurnalistlərə açıqlamasında "Kaşataq" "rayon polis idarəsi”nin rəis müavini Alen Apunts söyləyib.

“Rusiya sülhməramlıları yeni dəhliz marşrutu boyunca yerləşdirilib. Sektor məmurlarının sözlərinə görə, yolun eni 11,2 metrdir ki, bu da döngələrdə hərəkəti asanlaşdırır. Yamaclar normalara uyğundur və qışda mütəmadi olaraq təmizlənəcək"-xəbərdə belə deyilir.
Reportajdan bəlli olur ki, Ermənistana gedib-gələnlər Azərbaycanın çəkdiyi bu yeni yoldan razılıq edirlər.

Özü də separatçı rejimin qanunsuz “şəhərsalma nazirliyi”nin yol tikintisi siyasəti şöbəsinin müdiri” kimi təqdim olunan Mqer Ambartsumyan adlı məxluq Azərbaycan tərəfə minnətdarlıq etmək əvəzinə, elə danışır ki, sanki yeni alternativ yolu bütövlükdə haylar özləri tikib.

Buyurun:

“Hazırda yolda tamamlama işləri, demək olar ki, yekunlaşıb. Elə hissələr var ki, orada işlər hələ də davam edir”- deyən qurum rəsmisi bu işlərin təxminən 50 faizinin tamamlandığını bildirib"- separatçı erməni nəşri belə yazır.

Fotodakı hay əski parçası Şuşa rayonunun Böyük Qaladərəsi kəndində görüntülənib...

P.S. Məgər Azərbaycan və Türkiyə inşaatçıları, fəhlələri bir ildən çox gecə-gündüz, yay-qış, şaxtada-qızmarda əzab-əziyyət çəkib alternativ yolu tikiblər ki, orada separatçı haykların əski parçası dalğalansın və "polis"ləri sülənsin. Həmin "bayraq"lar təcili yığışdırılmalı və yola nəzarət üçün Şuşa polisi yerləşdirilməlidir. Buna naz edəcək ermənilər bir ildən çox Azərbaycan, Türkiyə inşaatçılarının varlığına necə vərdiş ediblərsə, polislərimizə də elə vərdiş edəcəklər...

Zəruri şərh:

Biz alternativ yol üzərində, ən azı, Ermənistanla sərhəddə- Həkəri çayı üzərindəki körpünün o tayında və alternativ yolun Şuşa-Laçın yoluna birləşdiyi Onverst kəndində Rusiya hərbçiləri ilə yanaşı, müvafiq qurumlarımızın postlarını qurmalıyıq. Əks halda köhnə Laçın yolunda olduğu kimi, bu yola da birbaşa və ciddi nəzarətimiz mümkün olmayacaq və haylar Qarabağ torpaqlarımıza kimi və nəyi istəyirlər, əvvəlkindən daha rahat və sürətlə gətirə biləcəklər...


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.055581