"Azərbaycanın tarixi ərazilərini bərpa etməsi qaçılmaz prosesdir" - ZAUR MƏMMƏDOV

2022-08-26 11:21:00

"Əgər kimlərsə tarixi yadlarına salmaq istəyirlərsə, o zaman X əsrdən XX əsrin 20-ci illərinə qədər hansı dildə danışan tayfaların İran coğrafiyasında at oynatdıqlarını unutmasınlar"

"Azərbaycanla İran arasında vəziyyətin gərginləşməsində maraqlı olan bəzi fars qrupları və Qafqazdan uzaqda olan beynəlxalq aktorlar məqsədlərinə çatmamalıdırlar. Məlumdur ki, Azərbaycan bu illər ərzində dəfələrlə edilmiş təkliflərə baxmayaraq, qonşularına qarşı təşkil olunan ittifaqlarda yer almadı və bundan sonra da almayacaq. Çünki siyasətdə böyük dövlətlərin öz hədəfləri hesabına xalqları və dövlətləri qurban verdiyi məlum faktlardandır". Hurriyyet.az xəbər verir ki, bunu Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov qeyd edib.

Politoloqun sözlərinə görə, bu, o demək deyil ki, bizə qarşı davamlı xarakter alan anti-Azərbaycan kampaniyalarına göz yumulacaq və hadisələr sanki eşidilməyəcək: "Qonşuların bir-birinə hörməti qarşılıqlı olmalı, çıxışlarda "pərdə" götürülməməlidir. Təəssüflər olsun ki, ölkəmizə qarşı yaraşmayan münasibətin şahidiyik. "Dindarlar" tərəfindən başladılan, jurnalistlər tərəfindən davam etdirilən və hazırda diplomatlar tərəfindən Azərbaycan torpaqları ilə bağlı ardıcıl xarakter daşıyan işğalçıya məxsus olan bəyanatlar ziyanlı və qəbuledilməzdir. Zəngəzur tranzitinin bağlanması ilə himayə edilən silahlı qrupların narko ticarətdən əldə etdiyi milyonlarla dollardan mərhum olma ehtimalı ilə barışmaq istəməyən, Azərbaycan və Ermənistanla normallaşma prosesini həzm edə bilməyən qüvvələr əllərində olan bütün imkanlardan hərc-mərclik yaratmaq üçün hazırdırlar. Əgər kimlərsə tarixi yadlarına salmaq istəyirlərsə, o zaman X əsrdən XX əsrin 20-ci illərinə qədər hansı dildə danışan tayfaların İran coğrafiyasında at oynatdıqlarını unutmasınlar".

Bakı Politoloqlar Klubunun rəhbəri hesab edir ki, reallığı qəbul etmək lazımdır: "Azərbaycanın tarixi ərazilərini bərpa etməsi qaçılmaz prosesdir. Bayrağımız qədim Zəngəzurumuzda dalğalanacaq. Laçın-Qarakilsə-Naxçıvan, Füzuli-Mehri-Naxçıvan yollları da ən qısa tarixin reallığıdır. Ən nəhayət, yeni proseslər regiona sabitlik və firəvanlıq gətirəcək. Azərbaycan "Altılıq" platformasını təklif edərək qalib dövlət kimi hər kəsə böyük Qafqaz evində əmin-amanlığa töhfə verməyə dəvət edir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057747