Saat:21:27
Haqqımızda

Azərbaycanın süfrə mədəniyyətində böyük mədəniyyətsizlik var – AİB SƏDRİ AÇIQLADI

2022-08-11 23:23:00

Azərbaycanın süfrə mədəniyyətində böyük mədəniyyətsizlik var – AİB SƏDRİ AÇIQLADI

Azərbaycanın süfrə mədəniyyətində böyük mədəniyyətisizlik var. Bunun başlıca səbəbi yeməkdən əvvəl və ya sonra çay içilməsidir. Hətta yeməkdən dərhal sonra çay vermədiyinə görə öz xanımın və ya övladının üzərinə bağıran kişilərdə az deyil”. Bu fikirləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

AİB sədrinin sözlərinə görə, çay başqa mayelərdən fərqli olaraq orqanizmdə dəmir elementinin sorulmasına cidd maneçilik törədir: “Hətta insanlarda dəmir elementinin çatışmamasına səbəb olur. Fikrimcə, Azərbaycanın süfrə mədəniyyətində bu cür hallara son qoyulmalıdır. Qidadan 20 dəqiqə qabaq su içmək olar. Lakin qida ilə bərabər su içmək məsləhət görülmür. Çünki su qidanın həzm prosesində iştirak edən fermentlərin tərkibinin dəyişməsinə səbəb olur. Fermentlər də lazımi səviyyədə qidanı həzm edə bilmir. Bu da insanlarda köpün və s. digər narahatlıqların yaranmasına səbəb olur. Qida ilə bərabər və ya qidadan sonra su içmək heç məsləhətli deyil. Təbii ki, qidanı qəbul etdikdən 1 saat sonra çay da, su da qəbul etmək məqbul hesab olunur. İnsanlar bilməlidir ki, bədənimizin 85 faizini su təşkil etdiyi kimi xəstəliklərimizin də 85 faizini suda axtarmaq lazımdır. Lakin suyun miqdarı və necə içildiyi də böyük rol oynayır.

İnsanlara məsləhət görərdim ki, daimi olaraq fərqli-fərqli su markalarından istifadə etsinlər. Çünki eyni su markası bir ailədə 3 nəfər üçün xeyirli, 2 nəfər üçün isə zərərli ola bilər. Məhz buna görə də, içdiyiniz su markaların tez-tez dəyişdirin. Rəngli və qazlı sulardan isə ümumilikdə istifadə etməyin”.

 

Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov

Mənbə: Qidaelmi.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR