Saat:07:16
Haqqımızda

Azərbaycanın sığorta bazarı bu qədər böyüyüb

2024-03-28 21:15:58

Azərbaycanın sığorta bazarı bu qədər böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 239,719 milyon manat sığorta haqqı toplanılıb.

Hurriyyet.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,4 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 97,434 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38,2 % çoxdur.

Ötən 2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 40,65 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 31,9 manat olub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.197700