Saat:19:01
Haqqımızda

Azərbaycanın sabiq MTN rəhbəri vəfat edib - FOTO

2024-03-27 23:53:56

Azərbaycanın sabiq MTN rəhbəri vəfat edib - FOTO

Sabiq milli təhlükəsizlik naziri, Azərbaycanın Özbəkistandakı keçmiş səfiri Namiq Abbasov vəfat edib.

Hurriyyet.Az bildirir ki, "Report"un əldə etdiyi məlumata görə, N.Abbasov bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Namiq Abbasov 1940-cı ildə Ordubad şəhərində anadan olub.

N.Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycanın milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Nazir postundan azad edildikdən sonra 2004-cü ilin 16 dekabr tarixindən 2012-ci il oktyabrın 31-nə kimi Azərbaycanın Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb. Səfir vəzifəsini tərk etdikdən sonra təqaüdə çıxıb.

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR