Azərbaycanın Los Ancelesdəki Baş konsulluğu evakuasiya edilib
2025-01-10 13:53:01
Kaliforniyada yanvarın 7-dən başlayan yanğınlar səbəbindən Azərbaycanın Los Ancelesdəki Baş konsulluğunun yerləşdiyi bina müvəqqəti olaraq evakuasiya edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə bildirib.
O qeyd edib ki, evakuasiyaya baxmayaraq, distant qaydada Baş Konsulluğun fəaliyyəti davam edir, hadisələrin gedişatı izlənilir və vətəndaşlarla əlaqə kanalları daim açıq saxlanılır.