Azərbaycanın İrandan yeganə istəyi nədir? - İLGİNC AÇIQLAMA
.jpg)
“Azərbaycan və İran arasında diplomatik münasibətlərin kəsildiyinə dair səslənən fikirlər həqiqəti əks etdirmir. Doğrudur, Azərbaycan səfirliyi təhlükəsizlik səbəbindən Tehrandakı fəaliyyətini dayandırıb. Amma Təbrikdə Konsulluğumuz fəaliyyət göstərir. Həmçinin XİN-lər arasında fikir mübadiləsi aparılır”.
Hurriyyet.Az-ın məlumatına görə, bu fikirləri kontakt.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli səsləndirib. O bildirib ki, ermənilərin təxribatında İran PUA-larından istifadə ilə bağlı yayılan məlumatlar rəsmi şəkildə təsdiqlənməyib: “Bu, ayrı-ayrı şəxslər tərəfindən səsləndirilən fikirlər idi. Rəsmi təsdiq olunanadək bu məsələ ətrafında müzakirə açmaq doğru deyil. Çünki ortada istinad ediləcək fakt yoxdur. Amma İranın Ermənistana dəstək verməsi göz qabağındadır. Uzun illər Azərbaycan ərazilərinin işğalı prosesində Ermənistan üçün həyati əhəmiyyətli rol oynadığını da hər kəs yaxşı bilir. İran səfirinin görüşünə gəldikdə isə, bu haqda o özü məlumat paylaşıb. Görüşün normal şəraitdə keçdiyini bildirib. Hər kəsə bəllidir ki, Azərbaycan öz qonşularına münasibətdə həssas mövqe sərgiləyib. İrandan fərqli olaraq rəsmi Bakı Tehranın maraqlarına toxunan, eləcə də təhlükəsizliyini təhdid edən addımlar atmayıb. Bəzən bunu kifayət qədər açıq və qabarıq şəkildə nümayiş etdirib. Amma biz əvəzində İran tərəfindən tamamilə əks addımların atıldığını görmüşük. Lakin münasibətlərin normallaşması istiqamətində atılan hər bir addım yaxşı qarşılanmalıdır. Mahiyyət etibarilə iki qonşu ölkə arasındakı münasibətlərin tənzimlənməsi tərəflərin mənafeyinə uyğundur. Şübhəsiz ki, bu konteksdə İran Azərbaycana qarşı həyata keçirdiyi bütün addımları dayandırmalı və normal qonşuluq münasibətlərinə qayıtmaq istiqamətində addımlar atmalıdır. Həmçinin diplomatik nümayəndəliyimizdə törədilən terror aktının və digər hərəkətlərin izahatını konkret faktlara söykənərək verməlidir”.
Politoloqun sözlərinə görə, Azərbaycan və İran arasında diplomatik münasibətlərin kəsildiyinə dair səslənən fikirlər həqiqəti əks etdirmir: “Doğrudur, Azərbaycan səfirliyi təhlükəsizlik səbəbindən Tehrandakı fəaliyyətini dayandırıb. Amma Təbrikdə Konsulluğumuz fəaliyyət göstərir. Həmçinin XİN-lər arasında fikir mübadiləsi aparılır. Bu gün İran səfirinin Hikmət Hacıyevin qəbulunda olması, diplomatik münasibətlərin tamamilə sıradan çıxmadığını sübuta yetirir. Bu təmaslar müsbət qarşılanmalıdır. Amma İran da özünün regiondakı qeyri-konstruktiv davranışlarına son qoymalıdır. Ümid edirəm ki, İran dövlətlərarası münasibətlərə sığmayan, müsəlman həmrəyliyi ilə ümumiyyətlə uyğunlaşmayan davranışlarına son verəcək. Onsuz da Azərbaycanın İrandan ciddi istəyi yoxdur. Yeganə istək qonşuluq münasibətərinə əməl olunması, təcavüzkar əməlləri dəstəkləməmək, Azərbaycanın daxili işlərinə qarışmamaq və sivil münasibətlər çərçivəsində hərəkət etməkdir”.
Müşviq Tofiqoğlu
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya