Saat:05:32
Haqqımızda

Azərbaycanın İrandakı səfirliyi yenidən fəaliyyətə başlayacaq

2024-03-29 20:56:16

Azərbaycanın İrandakı səfirliyi yenidən fəaliyyətə başlayacaq

İranın Azərbaycandakı səfirinin diplomatik missiyası başa çatıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə “IRNA” məlumat yayıb.

Qeyd olunub ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin diplomatik missiyası başa çatıb.

Məlumata görə, mövcud razılaşmalar çərçivəsində İranın yeni səfiri Azərbaycana göndəriləcək.

O da bildirilib ki, əldə olunmuş razılaşmaya əsasən Azərbaycanın İrandakı səfirliyi tezliklə yenidən fəaliyyətə başlayacaq.

Xatırladaq ki, ötən ilin yanvarın 27-də Azərbaycanın İrandakı Səfirliyinə qarşı terror hücumu həyata keçirilib.

Hücum nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki əməkdaş - Vasif Tağıyev və Mahir İmanov isə ağır dərəcəli bədən xəsarətləri alıblar.

Bu hadisədən sonra Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandıraraq diplomatları təxliyə edib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR