Azərbaycanın Ermənistana tələbləri AÇIQLANDI - Anna Akopyanın qəzeti

2022-10-03 15:04:00

Azərbaycanın Ermənistana tələbləri AÇIQLANDI - Anna Akopyanın qəzeti

Baş redaktoru Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan olan “Aykakan Jamanak” qəzeti Azərbaycanın rəsmi İrəvana qarşı tələblərinin siyahısını dərc edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə informasiya ermənilərə məxsus Telegram kanallarında yer alıb.

Tələblər bunlardır:

“Qarabağın ordusu” buraxılsın,

Qarabağ heç bir muxtariyyət olmadan (sıfır statuslu) Azərbaycanın bir hissəsi kimi tanınsın,

Ermənistan ərazisindən dəhliz açılsın, 

1919-1920-ci illərin xəritələrinə əsasən delimitasiya və demarkasiya prosesinə başlanılsın (hansı konkret kartlardan söhbət getdiyi hələ məlum deyil),

Ermənistanı hərbi cinayətlərdə ittiham etmək niyyəti ilə itkin düşən azərbaycanlıların taleyi açıqlansın.

Nəşr qeyd edir ki, Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün bu tələblər ya yerinə yetirilməli, ya kompromis tapılmalı, ya da Bakını onlardan əl çəkməyə məcbur edilməlidir.

Qəzet həmçinin yaxın gələcəkdə Rusiya, ABŞ, İran və Avropa İttifaqının bu münaqişə ilə bağlı planlarını dərc edəcəyinə söz verib.

Bizim.media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137411