Azərbaycanın əməkdar artisti vəfat etdi - Foto
2024-04-20 11:15:54
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, əməkdar artist Yuri Omelçenko vəfat edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə teatrın sosial şəbəkə hesabında məlumat yayılıb.
“Bu, hamımız üçün böyük itkidir! Onun yaradıcılığı, xeyirxahlığı onu tanıyanların və qiymətləndirənlərin hamısının qəlbində yaşayacaq. Qəbri nurla dolsun!” - deyə teatrın kollektivi sənətkarın yaxınlarına dərin hüznlə başsağlığı verib.